10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

"Lex"in baş məşqçisi: "Qarabağ"a qarşı keçirəcəyimiz oyuna hazır olmalıyıq"

“Çempionlar Liqasında oynamaq imkanı mənim üçün əla fürsətdir. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Komandanı iyulun 5-də keçiriləcək çox vacib görüşə hazırlamağa hələ vaxtımız var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in baş məşqçisi Con van den Brom deyib.

Niderlandlı mütəxəssis Polşa klubunun rəsmi saytına açıqlamasında əsas işinin komandanı "Qarabağ"la oyuna hazırlamaq olduğunu bildirib: "Futbolçuların hər biri ilə şəxsən görüşməliyəm. Hazırlıq dövründə biz birlikdə çox çalışacağıq və bu, bir-birimizi tanımaq üçün ən yaxşı vaxtdır. İlk növbədə, Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyimiz oyuna hazır olmalıyıq".

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə iyulun 12-də Bakıda keçirəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31