27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Xarici futbol

Sabiq “Neftçi”li Kipr klubunda

"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar klubunu dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, Rumıniya "Hermanştadt"ından ayrılan 30 yaşlı yarımmüdafiəçi Kipr təmsilçisi "Nea Salamina"ya keçib.

Haitili oyunçu ilə 6 aylıq müqavilə imzalanıb. Onunla mövsümün sonunda müqavilənin daha 1 il uzadılması hüququ olduğu bildirilib.

Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi"yə keçən Soni Mustivar ötən ilin iyununda klubdan ayrılıb. O, “ağ-qaralar”ın heyətində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31