13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Xarici futbol

Azərbaycanlı futbolçu Küveytdə qol hesabını açdı

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveyt klubunda qol hesabını açıb.

Futbolxeber.az saytının məlumatına görə, "Əl-Salmiyə"də çıxış edən 24 yaşlı yarımmüdafiəçi çempionatın 5-ci turunda "Əl-Tadamon" ilə görüşdə rəqib qapısına yol tapıb.

90 dəqiqə meydanda olan Kamal matçın 82-ci dəqiqəsində - hesab 1:1 olarkən fərqlənib. Yekunda matç həmyerlimizin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanan "Əl-Salmiyə" 5 turdan sonra 10 xalla 10 komanda arasında 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Mirzəyev bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30