19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Xarici futbol

Prosineçki Yerevanda istefa verdi

Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.

Futbolxeber.az saytının məlumatına görə, o, AVRO-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Yığmamızın sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Mən milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.

Qeyd edək ki, 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı.  Onun komandası AVRO-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb. Lakin Prosineçki Millət Liqasında komandanı yarımfinala yüksəldə bilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31