11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Xarici futbol

Abramoviç "Çelsi"ni satır?

“Çelsi” üçün yeni era başlaya bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, "Çelsi"nin sahibi Roman Abramoviç klubu satmağı planlaşdırır. Hazırda rusiyalı milyarder müəyyən çətinliklərlə üzləşib. O, İngiltərə vizası ala bilmir. Üstəlik, ABŞ-ın tətbiq etdiyi sanksiyaların sərtləşəcəyindən də narahatdır.
 
Bütün bunları nəzərə alan Abramoviç, klubu satmaq niyyətindədir. Milyarder artıq təklif də alıb, amma imtina edib. “Çelsi”ni almaq istəyən şəxs 2,57 milyard avro təklif etsə də, Abramoviç razılaşmayıb.
 
O, klubu daha baha qiymətə satmağı planlaşdırır. Onun fikirincə, “Çelsi”nin minimum qiyməti 3,36 milyard avrodur. Abramoviç “Çelsi"ni bu qiymətə sata bilsə, dünya idmanının tarixində rekord göstərici qeydə alınacaq.
 
O, 2001-ci ildə “Çelsi”ni 156 milyona alıb və 17 il ərzində klubun inkişafına 1,23 milyard avro sərmayə qoyub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30