Xarici futbol
Leonardo Bonuççi: “Mənə satqın, muzdlu kimi baxanlara demək istərdim ki...” (MÜSAHİBƏ)
“Milan”ın yeni kapitanı Leonardo Bonuççi “Gazzetta dello Sporta” müsahibə verib. Futbolxeber.az saytı təcrübli müdafiəçinin müsahibəsini təqdim edir:
“SAN SİRO” TARİXDİR”
- Oyuna çıxmazdan öncə qəhrəman olmaq necə bir hissdir?
- Əslində, mənim “Milan”lılara olan münasibətimdə müəyyən fərqlərin olacağını gözləyirdim. Amma onların ruhu məni vadar edir ki, bacardığımdan artığını edim. Mən burada debütümü səbrsizliklə gözləyirdim. Boyunuma alım ki, hardasa əsəbləşirdim də, axı “San Siro” TARİXdir. Avroliqa matçında oynamayacağımı bildiyim halda belə, meydana çıxanda çox həyəcanlanırdım, hansı ki, bu, çox az hallarda baş verir. Yenə də həmin stadionu tam dolu, emossional, isti və qələbələri bayram edən görmək istəyirəm.
- Azarkeşlərdə heç bir tərəddüd yox idi ki, kapitanlıq sarğısı sənə həvalə olunacaq.
- Bu, inanılmaz məsuliyyətdir. Mən əlimdən gələni hər oyunun ilk dəqiqəsindən sonuncusuna qədər bu rənglər üçün verməyə hazıram.
- Biz buna şübhələnmirik də, amma Sən özün kapitan olacağına inanırdın?
- Düzü, inanmırdım. Komandada elə futbolçular olmalıdır ki, bütün heyəti öz ardınca aparmağı bacarsın, “Milan”da da belə futbolçular çoxdur. Məsələn, mən buradakı Cənubi amerikalıların özünəinamına çox təccübləndim. Soyunub-geyinmə otağından çox razıyam və burada çox gözəl insanlar var.
- Sarğının sənə keçməsinə Montolivonun reaksiyası necə oldu?
- Bu, elə bir qərar idi ki, onu rəhbərlik, məşqçi və bütün komanda vermişdi. Montolivo ilə bu haqda bu imkanın yarandığı ilk günlərdən müzakirələr aparmağa başlamışdıq. O, çox gözəl insan və yaxşı futbolçudur. Bu mənada heç kim narazılıq etmədi, belə ki, bizim əsas məqsədimiz vahid komanda formalaşdırmaqdır. Komanda naminə bu, bizim ümumi məqsədimizdir. Buna görə vacib olan budur, nəinki kimin kapitan olub, olmaması.
“İNSANI LİDER EDƏN KOMANDA OLUR”
- Lider olmaq nədir?
- Mən öz ətrafımdakı komanda yoldaşlarıma öz təcrübəmi paylaşa bilər və xarizmaya sahib ola bilərəm, amma insanı lider edən komanda olur. Lider olmaq keyfiyyətlərini Del Pyero, Buffon, Kyellini kimi futbolçulardan öyrənmək şansım olub. Komandanın formalaşdırılmasında ən kiçik detallara belə diqqət ayırmaq lazımdır. Komanda yoldaşlarına meydanın həm daxilində, həm də xaricində kömək etməlisən. “Milan” layiq olduğu zirvəyə qayıtmalıdır və rəhbərliyin etməli olduğu da budur, hansı ki, biz də əlimizdən gələni bunun üçün edəcəyik.
- Alleqri bu yaxınlarda demişdi ki, “Yuventus”da bu sarğını gələcəkdə sən daşımalısan...
- Mən artıq demişəm, mənim üçün daha “Milan” əhəmiyyət kəsb edir. “Yuventus” artıq keçmişdir, amma onlara mənim üçün etdiklərinə görə minnətdaram. Onların heyətində mən dünyanın ən yaxşı müdafiəçilərindən biri oldum. İnsan hər hansı bir qərarı qəbul edəndə, o qərarın üzərində öz öhdəliyini anlayırsan. “Yuventus” və Alleqri ötən mövsüm ərzində bir dəfə də olsun yekun qərara gəlmədilər və əvəzində mən öz qərarımı verdim.
- Bundan başqa Alleqri dedi ki, sən özün komandanı tərk etmək qərarını vermisən.
- Sözsüz ki, bu, belə idi, amma mənim prioritetlərim və qiymətləndirmələrim daha əvvəlki kimi deyildi, amma verdiyim qərarı “Yuventus” da dəstəklədi. Buna görə demək olmaz ki, verdiyim qərarı təkcə özümə məxsusdur... Düzdü, hər şey çoxdan başlamışdı, hələ “Porto” ilə oyundan (məşhur “stul”la bağlı səhnədən - F. Ş.), amma ilkin siqnallar ondan da qabaq var idi. Təbii ki, o zaman bu qədər səs-küylü deyildi.
- Alleqri nə vaxtsa millinin başına keçə bilər...
- Əgər bu olmalıdısa, niyə də yox? Biz hamımız peşəkarıq, bu mənada heç bir problem görmürəm.
- Keçmiş komanda yoldaşlarınla zəngləşirsən?
- Əlbəttə, məsələn bu gün Kyellinin ad gününü təbrik etmək üçün ona zəng vurmuşdum. Biz hələ onların bir neçəsi ilə yenidən bir yerdə oynayacağıq, amma bu dəfə milli komandada.
“MİLAN”A TRANSFERİM PİRLONUN “YUVENTUS”A KEÇİDİ KİMİDİR”
- Bir sözlə, sənin “Yuventus”dan “Milan”a keçidin qeyri-adi deyil?
- Fikirləşirəm ki, “Milan”a transferim Pirlonun “Yuventus”a keçidi kimidir.
- Niyə “Milan”ı seçdin?
- Ona görə ki, burada daha ambisiyalı layihə gördüm. Elə insanam ki, məni yeni kəşflər, sınaqlar cəlb edir. Fassone və Mirabelli mənə imkan yaratdılar ki, özümü “Milan” üçün vacib biri hesab edim, bunu danışıqların ilk dəqiqəsindən hiss edirdim, əks-halda telefon ilə danışıqlar 48 saat davam edə bilməzdi. Sevgi elə bir şeydi ki, o ya ilk baxışdan yaranır, ya da onun yaranması mümkünsüzdür. Kimlər ki, mənə satqın, muzdlu olaraq baxırlar, onlara demək istərdim ki, mənə xarici klublardan bundan da yüksək məvacib təklif olunurdu. Əslində, məsələ pulda deyildi.
“ÜMİD EDİRƏM Kİ, QARŞIDAKI 4 İLDƏ ÇEMPİONLAR LİQASINI QAZANACAĞIQ”
- “Yuventus”da komandanın yenidən formalaşdırılması mərhələsində iştirakçı olmusan.
- Düzdü. Beynimdə bir çox ideyalar var, belə ki, Turində getdiyim yolu Milanda da davam etdirmək istəyirəm: komandanın özülünün inşasından, liqanın zirvəsinə qədər. Ancaq “Milan”la mən yenidən zirvələrə qalxmaq istəyirəm. Ümid edirəm ki, qarşıdakı 4 ildə biz Çempionlar Liqasını qazanacağıq. Burada hər şeyə nail olmaq istəyirəm.
- “Milan”da ilk ayın çalışmalarından sonra hansı təəssüratlar var?
- Bura mənim evimdir və çox gözəldir. İlk dəqiqədən özümü evimdə hiss etdim.
- Milan şəhəri ilə tanış olmusan?
- Hələ ki oteldə yaşayıram, sentyabrdan ailəmlə yeni evimə köçəcəm. Sadə həyat yaşamağı sevirəm, məsələn bir neçə gün bundan qabaq yoldaşımla Versildəki atraksiona getmişdim. İstəyirəm ki, övladlarım da sadə yaşasınlar. Yaxınlarda Milandakı metrodan da istifadə etdim. Şəhər inkişaf edir, inqilabi dəyişikliklər var. Bura çox gözəldir və çox bəyənirəm.
“İNDİ QƏLƏBƏLƏRƏ HƏMİŞƏKİNDƏN DAHA ÇOX ACAM”
- Sanki həddindən artıq sakitsən...
- İndi qələbələrə həmişəkindən daha çox acam. Mən gücümdən artığını etməyə çalışacam. Əsas məqsədim odur ki, “Milan” futbol Olimpinin zirvəsinə yenidən qayıtsın. Bu klubu ona görə seçdim ki, həyatımın yeni dönəminə başlayım və burada qələbələr qazanım.
- Skudetto ilə başlamaq olar?
- Bu il “Yuventus” hələ favorit olaraq qalacaq, “Napoli” də çox yaxşı güclənib. Biz hələ bu iki komandadan geri qalırıq, amma qarşımıza hansısa sədlər qoymaq niyyətində də deyilik. “Roma”, “Milan” və “İnter” bərabər səviyyədə start götürəcəklər.
- Komandaya Belotti və ya Aubameyanq gələcəyi halda bəs?
- Belotti komandasını arxasınca aparan futbolçulardandır və böyük ölçüdə işin öhdəsindən gəlir. Bilmirəm o, gələcək ya yox, amma komandaya gələn futbolçu anlamalıdır ki, “Milan”a hər iki cəbhədə: həm müdafiədə, həm də hücumda kömək etməldir. Yüksək səviyyəli hücumçu hər mənada komandanın oyununu yüngülləşdirir. Belə birini transfer etmək komanda üçün misilsiz qazanc olardı.
- 7 il “Yuventus”da olmusan və indi də 5 il “Milan”da. Həyatının daha bir dönəmi olacaq?
- Düzünə qalsa, özümü “Milan”da daha çox müddətə görürəm və bu mənə daha çox stimul verir.
“SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAZILANLARA FİKİR VERMƏLİ OLSAYDIM, 2011-Cİ İLDƏ “YUVENTUS”U TƏRK ETMƏLİ İDİM”
- “Ağ-qaralar”ın azarkeşləri sənin ruh yüksəkliyini elə də yaxşı qarşılamırlar, belə ki, bunu görmək üçün sosial şəbəkələrə fikir vermək kifayət edir.
- Əgər sosial şəbəkələrdə yazılanlara fikir verməli olsaydım, mən 2011-ci ildə “Yuventus”u tərk etməli idim və bu, “Milan”a keçmək şansımın üzərindən də xətt çəkərdi. Komandamı dəyişdiyim üçün onlar məni təhqir edirlər, amma sosial şəbəkələrdə öz fikirini söyləmək üçün heç kəsə qadağa yoxdur, buna görə mən də bu mənada narahat olmuram.
- Montella artıq sənə nələrsə deyib?
- Onda öz istəyi ilə qələbə qazanmaq arzusunu görürəm. Montella çox ağıllı məşqçidir və onu böyük gələcək gözləyir. İnanıram ki, biz birlikdə qazanmağa davam edəcəyik. Futbola baxışı çox maraqlıdır və indiyə kimi çalışdığım heç bir baş məşqçidə onun kimi dördlü müdafiəçinin iştirakı ilə belə oyun tərzini formalaşdırmaq bacarığını görməmişəm.
- Səninlə “Milan” nə vaxtsa üçlü müdafiəyə keçəcək?
- Düzünü desək, mənim üçün üç və ya dörd müdafiəçi ilə oynamağın heç bir əhəmiyyəti yoxdur. Üçlü müdafiədə daha çox meydanın sahəsinə nəzarət edirsən, amma bilirsiz, belə müdafiə xətti ilə nə qədər rəqib hücumçusu ilə üz-üzə qalmışam?
- Özünü gələcəkdə baş məşqçi kimi görürsən?
- Birmənal şəkildə görürəm. Bu haqda hələ 4-5 il bundan qabaq düşünməyə başlamışam. Daha 6-7 il oynamağı planlaşdırıram, sonra komanda çalışdıracam. Buna məni Konte yoluxdurub, bu mənada ona çox bənzəyirəm. Bundan başqa, trofeyləri məşqçi kimi də başım üzərinə qaldırmaq istəyirəm.
Tərcümə etdi: Fuad ŞƏRİFOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
18:20
“Bakıdakı döyüşdə rəqibimin üzərindən tank kimi keçməyə hazıram”
-
17:58
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
-
17:32
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
-
17:19
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
-
16:41
“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollanıb
-
16:05
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
-
15:23
"Qarabağ" iki qapıçısı ilə vidalaşdı
-
14:56
İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
-
14:34
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
-
14:17
Azərbaycanlı alpinistlər Monte Paterno zirvəsinə qalxıblar
-
14:00
"İmişli"də növbəti ayrılıq
-
13:42
"Sabah"ın rəqibləri məlum oldu
-
13:28
Avarçəkənlərimiz Litvada beynəlxalq reqatada iştirak edəcəklər
-
12:59
"Araz-Naxçıvan"dan növbəti transfer
-
12:31
Badmintonçumuz Serbiyada bürünc medal qazanıb
-
12:15
“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
Uruqvaydan xal itkisi VİDEO
-
11:07
Elvin Cəfərquliyev də “Qarabağ”la Avstriyaya getdi
-
10:54
"Qarabağ" Avstriyaya yollandı
-
10:30
Ruan Renato: “Turan Tovuz”un adına məyus oldum”
-
10:12
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
22.06.2026
21.06.2026
20.06.2026






















