15 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Xarici futbol

“Düdelanj” - “Qarabağ" oyununu canlı izləmək istərdim”

"Viktoriya Plzen"in baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Pivarnik III təsnifat mərhələsindəki potensial rəqibləri haqda bunları söyləyib: "Mövcud potensial rəqiblər arasından seçim edə bilməzdik. Ancaq növbəti mərhələdə qarşılaşacağımız komanda ilə görüşdə uğur qazanmağa çalışacağıq. Növbəti həftə Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasında cavab matçı olacaq. Şəxsən həmin oyunu canlı izləmək istərdim. Əlbəttə, belədə rəqib haqda xeyli məlumat əldə edə bilərik".

Qeyd edək ki, "Qarabağ" "Düdelanj" (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq. Çexiya çempionu ilə ilk görüş səfərdə olacaq (qol.az).        

      

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31