2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

Berluskoni Mihayloviçin qarşısına 8 şərt qoydu

“Milan”ın prezidenti Silvio Berluskoni bu günlərdə komandanın baş məşqçisi Sinişa Mihayloviçlə görüşüb. Futbolxeber.az-ın məlumatına görə, görüş zamanı Berluskoni serb mütəxəssisin qarşısına 8 tapşırıq qoyub:

1. Komanda 4-4-2 taktiki sxeminə keçməlidir.

2. Komanda xarakter nümayiş etdirməlidir. Bunun üçün isə heyətdə Filipp Mekses, Naycel de Yonq, Mario Balotelli kimi futbolçulara şans verilməlidir.

3. Qarşıdakı 3 oyundan (“Torino”, “Sassuolo”, “Kyevo”) minimum 2-də qələbə qazanılmalı və turnir cədvəlindəki vəziyyət yaxşılaşdırılmalıdır.

4. Oyunlar zamanı “Milan” meydanda dominantlıq etməlidir.

5. Davide Kalabriya və Alessio Romanyoli kimi gənclərə daha çox şans verilməlidir.

6. Mövsümün sonunda komanda ilk “üçlük”də qərarlaşmalıdir.

7. Mətbuatın təzyiqinə daha inamlı şəkildə tab gətirilməlidir, daha sərt xarakter nümayiş olunmalıdır.

8. “Napoli”yə qarşı baş tutan oyunlardan (0:4) qaçmaq lazımdır.

Xatırladaq ki, 7 turdan sonra 9 xal toplayan “Milan” “A” seriyasında 11-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30