10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

Kaxaber Sxadadze: “Futbolçularım sanki qol vura biləcəklərinə inanmırlar”

Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Almaniyaya 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Futbolxeber.az-ın məlumatına görə, gürcü mütəxəssis oyun ərzində topu özlərində saxlaya bilmədiklərini bildirib: “İkinci hissənin əvvəlinə kimi 2 məcburi dəyişiklik etməli olduq. Əvvəlcə Aleksandr Amisulaşvili sıradan çıxdı. Daha sonra isə Tornike Okriaşvili fasilədə oyunu davam etdirə bilməyəcəyini bildirdi. Bütün bunlar bizə çətinlik yaratdı. Amma əsas problem o idi ki, topu özümüzdə saxlaya bilmirdik. İkinci yarıda daha çox hücum etmək istəsək də, sonluğu gətirə bilmirdik. Futbolçularım sanki qol vura biləcəklərinə inanmırlar. Bu, psixoloji durumla bağlıdır və gələcəkdə bunun üzərində işləməliyik”.

Xatırladaq ki, Gürcüstan - Almaniya matçı 0:2 hesabı ilə başa çatıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31