21 Yanvar 2026, Çərşənbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Xarici futbol

“İnter” Bakıya yeni baş məşqçinin rəhbərliyi altında gələ bilər

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in baş məşqçi postunda tezliklə dəyişiklik baş verə bilər. Futbolxeber.az-ın “Corriere dello Sport”a istinadən verdiyi məlumata görə, “A” seriyasının yeddinci turunda “İnter” “Napoli”yə uduzsa, o zaman hazırki baş məşqçi Valter Madzarri postundan qovulacaq. Onun yerinə əsas namizəd isə Valter Zenqa hesab olunur. Zenqa hazırda BƏƏ-nin “Əl-Cəzirə” klubunu çalışdırsa da, təklif olacağı halda İtaliyaya qayıtmağa hazır olduğunu bəyan edib. Mazzarini əvəzləyə biləcək digər məşqçi isə “Sampdoriya”nı çalışdıran Sinişa Mihayloviçdir.

Xatırladaq ki, “A” seriyasının son 2 turunda xala həsrət qalan və hər iki halda da böyükhesabla uduzan “İnter”, Avroliqanın ikinci turunda “Qarabağ”ı öz meydanında 2 cavabsız qolla üstələyib. Komandalar arasında Bakıdakı oyun isə dekabrın 11-də keçiriləcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31