24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi”

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyblər.

Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatdı.

X X X

Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşüblər.

Prezident İlham Əliyev deyib: Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.

Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Futbolçular: Sağ olun.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31