13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar

Azərbaycan gimnastları Slovakiyanın Bratislava şəhərində keçirilən "Slovak Trampoline Open Cup" beynəlxalq turnirində 7 medal qazanıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Sentyabrın 25-dən 28-dək gerçəkləşən yarışda Əli Niftəliyev ilə İbrahim Mustafazadə sinxron proqramda 39.600 xalla qızıl medala sahib olublar. İkili mini-batut turnirində Çingiz Vəliyev 49.300 xalla, Vəfa Əlisultanova isə 44.000 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda İbrahim Mustafazadə (51.710 xal) və Fərhad Vəliyev (51.800 xal) gümüş mükafatın sahibi olublar.

Əli Niftəliyev fərdi çıxışda (51.499 xal), Fərhad Vəliyev isə ikili mini-batutda (46.000 xal) bürünc medala yiyələniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30