13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib.

Futbolxeber.az saytına Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.

İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.

Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, ikinci dəfə keçirilən "Ganja Cup" yarışında bu il ilk dəfə Belarus və Gürcüstan komandaları da iştirak edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30