13 Noyabr 2026, Cümə
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar təşkil olunub

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində yeniyetmələrdən ibarət Azərbaycan yığmasının üzvləri üçün seminar keçirilib.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, dünya çempionatı ərəfəsində baş tutan seminara ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib.

Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər. Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.

Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30