20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Digər idman növləri

Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar

Azərbaycan taekvondoçuları Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq turnirində 22 medal qazanıblar.

Futbolxeber.az saytına Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz 8 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər.

Qızıl medalları Ayan Əliyeva (27 kq, "Masallı" TK), Dərya Hüseyinova (30 kq, "İrəvan" TK), Fidan Qəfərova (33 kq, "Mübariz" TK), Rada Əsəd (44 kq, "Mübariz" TK), Rüqəyya Hümbətli (51 kq, "Mübariz" TK), Səbrin Bayramova (52 kq, "Abşeron" TK), Harun Salmanzadə (58 kq, "Mübariz" TK) və Gülnaz Abdullazadə (59 kq, "Cəsur" TK) qazanıblar.

Gümüş medallara Ümid Şahbazov (41 kq, "Neftçi" İK), Ülvi Məmmədov (45 kq, "Ağsu" TK), Zeyd Sadıxov (45 kq, "Mübariz" TK), Esmanur Azayeva (47 kq, "Neftçi" İK), Fərid Xəlimov (48 kq, "Mübariz" TK) və Fatimə Ramazanlı (55 kq, "Abşeron" TK) sahib çıxıblar.

Bürünc mükafatları isə Ümid Aslanov (25 kq, Göygöl İK), Esma Abdullazadə (29 kq, "Ümid" TK), Əhməd Mürvətov (33 kq, "Neftçi" İK), Yaqut İsmayıllı (33 kq, "Abşeron" TK), Nazlı Hacıyeva (37 kq, Göygöl), Malikəjdər Qalabəyov (41 kq, "Mübariz" TK), Elgün Məmmədli (49 kq, "Ümid" TK) və Cavad Heydərli (53 kq, "Masallı" TK) aktivlərinə yazdırıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30