14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Digər idman növləri

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.

Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.

MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30