14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Digər idman növləri

Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil şöbəsinin ekspertləri və Azərbaycan İdman Akademiyasının cüdo ixtisası üzrə müəllimlərindən ibarət nümayəndə heyəti cüdonun vətəni Yaponiyada təcrübə mübadiləsi proqramında iştirak edir.

Futbolxeber.az saytının ACF-yə istinadən verdiyi məlumata görə, Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi və "JUDOs" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən proqramın əsas məqsədi Yaponiyanın qabaqcıl cüdo təhsil sistemi, məşq metodikaları və uzunmüddətli idmançı hazırlığı modeli ilə yaxından tanış olmaq, əldə olunan təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Tokai Universitetində gənclər və böyüklərdən ibarət qrupların məşq prosesini izləyib. Xüsusilə baş məşqçi Riki Nakayanın rəhbərliyi ilə ne-vaza istiqamətində keçirilən məşqlər iştirakçılar üçün praktiki baxımdan böyük əhəmiyyət kəsb edib.

Proqram çərçivəsində müxtəlif yaş kateqoriyalarında cüdo hazırlığı ilə tanışlıq məqsədilə bir sıra məşq mərkəzlərinə də səfərlər təşkil olunub. Asahi Dojoda kiçikyaşlı yeniyetmələrin, Takanavadai məktəbində yeniyetmələrin, Taisei Cüdo Klubunda isə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqların məşq prosesi izlənilib, erkən yaş dövründə tətbiq olunan tədris metodları öyrənilib.

Nümayəndə heyəti həmçinin Ümumyaponiya Cüdo Federasiyasında idmançıların uzunmüddətli inkişaf planına həsr olunmuş təqdimat və təlimdə iştirak edib. Sessiya zamanı cüdoçuların yaş xüsusiyyətlərinə uyğun inkişaf mərhələləri, təlim yükünün planlaşdırılması və sistemli hazırlıq modeli ilə bağlı ətraflı məlumat təqdim olunub.

Səfər çərçivəsində Kodokanda keçirilən randori məşqlərində iştirak edilib, eyni zamanda yarışlar izlənilərək Yaponiyanın zəngin cüdo ənənələri və yüksək səviyyəli hazırlıq sistemi yerində öyrənilib.

Bu təcrübə mübadiləsinin Azərbaycan cüdosunda təhsil və məşq prosesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq qabaqcıl yanaşmaların tətbiqinə və məşqçi-müəllim heyətinin peşəkar inkişafına mühüm töhfə verməsi gözlənilir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30