18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Digər idman növləri

Boksçularımız Serbiyada 13 medal əldə ediblər

Azərbaycanın yeniyetmə boksçuları Serbiyanın Vrbas şəhərində keçirilən Millətlər Kubokunda 13 medal qazanıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Vaqif Kazımovun baş məşqçi olduğu U-17-nin heyətində Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq), Şükar Əliyev (80 kq) gümüş medal, Həsrət Məmmədov (46 kq) və Elcan Musazadə (54 kq) isə bürünc medala sahib olublar.

7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov isə ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycanı 8 ölkənin qatıldığı beynəlxalq turnirdə 13 idmançı təmsil edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30