26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Bakıya gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Digər idman növləri

“Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş

27 aprel-1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası ərəfəsində Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri Ağdərə sakinləri ilə görüş keçiriblər.

Futbolxeber.az saytının məlumatına görə, Ağdərədə Həsənriz kəndinə köç edən sakinlərlə görüş zamanı bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında aprelin 27-də ilk dəfə Sərsəng su anbarında beynəlxalq idman tədbiri təşkil olunacaq. Tədbirin "Prezident Kuboku-2026" beynəlxalq reqatası çərçivəsində keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, saat 12:00-dan etibarən Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaqlar.

Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31