26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Digər idman növləri

Azərbaycan Üzgüçülük Federasiyasında yeni vitse-prezident

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, yığıncaqda yeni Nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

Ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümumi Yığıncağı giriş sözü ilə açan ASF-nin prezidenti Zaur Əliyev ötən ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov federasiyanın fəaliyyəti və gördüyü işləri təqdirəlayiq olaraq dəyənləndirib və federasiyaya gələcək layihələrin həyata keçirilməsində uğurlar arzulayıb.

ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri olub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30