6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Digər idman növləri

Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarının qalibi olub

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, finalda Azərbaycan millisi Özbəkistan komandası ilə qarşılaşıb.

Matçın start fitindən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız III MDB Oyunlarının qalibi olub.

Qeyd edək ki, III MDB Oyunları çərçivəsində sentyabrın 28-dən oktyabrın 7-dək davam edən çövkən üzrə yarışda 6 ölkənin – Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Küveyt yığmaları mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, Azərbaycan millisi birinci, Özbəkistan komandası ikinci, Qırğızıstan komandası isə üçüncü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30