24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”

“Zirə”nin futbolçusu Dimitri Leqbo dünən Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Görüşlə bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun oldu. Yaxşı rəqibə qarşı oynadıq. “Sumqayıt” çox gözəl performans göstərdi. Buna baxmayaraq, yekunda üçüncü qolu vurduq və lazımi qələbə qazandıq.  

- 2:0-dan sonra nə baş verdi ki, oyun tam dəyişdi? Komandada arxayınçılıq yarandı, yoxsa yorğunçuluq öz sözünü dedi?

- Deməzdim arxayınçılıq oldu. Sadəcə rəqib psixoloji üstünlüyü ələ keçirdi. Bir sayılmayan qolları da oldu. Hakimlər ofsayt qərarı verdilər. Bütün bunlara baxmayaraq, 2:2-dən sonra oyundan qopmadıq. Çalışacağıq ki, bu səhvləri bir daha təkrarlamayaq.

- “Sumqayıt”dan bu cür inamlı oyun gözləyirdiniz?

- Öncədən “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik. Analizlərdən də bilirdik ki, rəqib yaxşı futbolçulardan təşkil olunub. Son oyunlarda inamlı qələbə qazanmışdılar.  

- Azərbaycan Premyer Liqasına tam öyrəşə bilmisiniz?

- İlk növbədə onu deyim ki, çempionatın səviyyəsi yüksəkdir. Yaxşı komandalar, güclü futbolçular var. Bura gəlməzdən öncə uzun müddət oynamırdım. Bu məqam bir qədər çətinlik yaradırdı. İndi özümü yaxşı hiss edirəm. Oyundan oyuna daha da inamlı olacağam.

- Rəşad Sadıqov sizi fərqli mövqelərdə sınayır. Bu məqam çıxışınıza mənfi təsir göstərmir? Özünüzü müdafiədə daha yaxşı hiss edirsiniz, yoxsa hücumda?

- Uşaq futbolundan sol cinah müdafiəçisi kimi oynamışam. Sonradan həm sağ, həm də sol vinger kimi çıxış etmişəm. “Zirə”də də bir neçə mövqedə oynayıram. Hansı mövqedə çıxış etməyimdən asılı olmayaraq, məqsədim komandaya fayda verməkdir. Baş məşqçi harada desə, orada da oynamağa hazıram.  

- “Zirə”yə transfer baxımından sizin üçün cəlbedici nə oldu?

- Burada olmaqdan məmnunam. Gəlməmişdən öncə idman direktoru ilə söhbətimiz olmuşdu. Onun ideyaları məni cəlb etdi. O mənə bildirdi ki, oynayacaqsan, komandaya kömək etməyə qadirsən.

- Gəlməmişdən öncə söhbət etdiyiniz futbolçular oldu?

- Hazırda “Zirə”də oynayan Bayere Lue həmyerlimdir. Onunla, “Sumqayıt”dan Sedrik Badolo, eləcə də digər bir neçə tanıdığım futbolçu ilə söhbətim olmuşdu. Onların hamısı komanda, ölkə haqda müsbət fikirlər səsləndirdilər. Bütün bunlar da qərarımı qətiləşdirməkdə kömək oldu.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31