24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib

Kişi voleybolçular arasında Super Liqanın 2026-2027-ci illər mövsümünə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, GİN-in Voleybol Mərkəzində keçirilən I turun ilk qarşılaşmasında “AZERRAIL” komandası “Gənclər” klubunu 3:0 hesabı ilə məğlub edib. Günün digər oyununda isə “ORDU” komandası “Murov Az Terminal” üzərində eyni hesabla qələbə qazanıb.

I turun növbəti görüşündə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Qarşılaşma bu gün saat 17:00-da FHN-in idman zalında keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altı komanda – “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31