24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Digər idman növləri

İki güləşçimiz dünya çempionatının finalında

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan ikisi – Eldəniz Əzizli və Sənan Süleymanov finala yüksəlib.

Dördqat dünya çempionu Eldəniz Əzizli (55 kq.) ilk mərhələdən azad olub. O, 1/8 finalda monqolustanlı Davaabandı Munx-Erdeneni (9:0), 1/4 finalda belaruslu Aleksandr Qurevi (9:0), yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı (5:1) məğlub edib. Əzizli finalda iranlı Payam Əhmədi ilə qarşılaşacaq.

Sənan Süleymanov (77 kq.) ilk görüşündə yaponiyalı İsami Horikitanı (8:0), 1/8 finalda Çin Taypeyindən Lay Şin Yaonu (9:0), 1/4 finalda özbəkistanlı Doniyorxon Nakibovu (5:1), yarımfinalda isə iranlı Əli Zabiholla Oskounu (2:0) məğlub edib. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

Murad Məmmədov (60 kq) ilk görüşündə türkiyəli Enes Başarı (6:2), 1/8 finalda misirli Mahmud Saadı (11:0) məğlub edib. Lakin 1/4 finalda qazaxıstanlı Aydos Sultangaliyə 1:4 hesabı ilə uduzub.

Qurban Qurbanov (82 kq) ilk mərhələdən azad olub. O, 1/8 finalda serbiyalı Viktor Nemeşi 8:0 hesabı ilə məğlub edib. 1/4 finalda qırğızıstanlı Akjol Mahmudovla görüşdə 6:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib və 6:7 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31