24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Bu gün Bakıda U-15 dünya çempionatı başlayır

Bu gün Bakıda FİFA-nın ilk dəfə təşkil etdiyi U-15 Dünya Kuboku və Festivalına rəsmən start verilir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın açılış mərasimi Bakı Kristal Zalında təşkil olunacaq. Bundan sonra - saat 19:30-da isə Azərbaycan və Şərqi Timor U-15 milliləri arasında matç keçiriləcək.

Yarışda quruma üzv 189 ölkənin komandası iştirak edəcək. Bakıya futbolçular, məşqçilər və rəsmilər daxil olmaqla 3 mindən çox iştirakçı gəlib.

Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə birlikdə yer alıb.

Ümumilikdə turnir çərçivəsində 1000-ə yaxın oyun nəzərdə tutulub. Oyunları Hövsan Yarış Kompleksində, açılış, final mərhələsinin həlledici görüşləri isə “Baku Crystal Hall”da təşkil olunacaq.

Oktyabrın 30-dək davam edəcək turnir ərzində ümumilikdə 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulub.

Turnir ənənəvi futboldan fərqli formatda təşkil olunacaq. Komandalar meydana 8 futbolçu ilə (8x8) çıxacaq. Hər qarşılaşma 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Meydanların ölçüsü 68x47 metr, qapılar isə standart ölçüdə – 7,32x2,44 metr olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31