24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”

“Zirə” oyuna yaxşı başladı, hücumlar etdi və qol vurdu. Hesabda 2 top fərqi ilə geri düşsək də, xarakter göstərdik. Komandamız geridönüş etməyi bacardı. İkinci hissədə də bir qolumuz ofsayd səbəbiylə sayılmadı. Ümumi götürəndə, mübarizəmiz xoşuma gəldi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O, “Sumqayıt”ın 6 ildir “Zirə”yə qalib gələ bilməməsi səbəbindən matçdan əvvəl gərginlik yaşamadıqlarını vurğulayıb: “Təzyiq yox, motivasiya var idi. İstəyirdik ki, seriyanı pozaq. Təəssüf ki, alınmadı”.

26 yaşlı futbolçu hesabdan razı qalmadığını bildirib: “Nəticədən narazıyam, qələbə qazana bilərdik. Bunun üçün əlimizdən gələni etdik”.

Nuriyev öz çıxışından da söz açıb: “Həmişə söyləmişəm, çox çalışmaq, çox mübarizə aparmaq lazımdır. Düşünürəm ki, oyundan-oyuna daha da artıracağam”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31