24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Digər idman növləri

3 boksçumuz Avropa çempionatının finalında

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 boksçusu qələbə qazanaraq finala vəsiqə əldə edib.

Sənan Nəsibli (52 kq) Lazar Yovanoviçlə (Serbiya) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Qazax boks məktəbinin yetirməsi yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, finalda Brodi Dau (Şotlandiya) ilə üz-üzə gələcək.

Yusif Əli (57 kq) Kirilo Çumakovla (Ukrayna) gücünü yoxlayıb. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, həlledici görüşdə Yeqor Jiruxinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Sərxan Haxverdiyev (70 kq) də adını finala yazdırıb. Milli üzvü bu dəfə Dieqo Mastrorillloya (İtaliya) gücünü göstərib – 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27). Gəncə boks məktəbinin yetirməsi çempionluq döyüşündə Şeyn Fyuri (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Digər boksçularımızdan Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) U-15 Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha 5 təmsilçimiz rinqə çıxacaq. Yarışın qalibləri isə oktyabrın 25-də bilinəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31