24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu

Bu yay “Qarabağ”ı “Polesye”yə dəyişən Leandro Andrade Ukrayna klubunda növbəti qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, Ukrayna çempionatının 10-cu turunda “Polesye” öz meydanında “Obolon”u 3:0 hesabı ilə məğlub edib.

Andrade 9-cu dəqiqədə matçda hesabı açmaqla komandasının qələbəsində pay sahibi olub. “Polesye”nin digər qollarını isə İqor Krasnopir (59) və Vladislav Veleten (70) vurublar.

Bu, Andradenin yeni klubunun heyətində rəsmi görüşlərdə 3-cü qoludur. O, daha əvvəl “Kudrivka” ilə həm çempionat, həm də kubok matçında fərqlənib.

Qeyd edək ki, 10 turdan sonra 25 xalı olan “Polesye” Ukrayna çempionatında liderdir. 1 oyun az keçirən “Şaxtyor” 24 xalla ikincidir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31