24 Sentyabr 2026, Cümə axşamı
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Digər idman növləri

Azərbaycan çempionatı keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şotokan karate üzrə XXXIII ölkə çempionatı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda Bakı, Sumqayıt, Naxçıvan Muxtar Respublikası, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan və digər regionlardan 400-ə qədər idmançı gücünü sınayıb.

Respublikanın müxtəlif bölgələrindən 30-a yaxın klub çempionatda iştirak edib.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə AKF-nin idarə heyətinin üzvü, şotokan karate üzrə rəhbər Elçin Mehdizadə, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, idman ictimaiyyətinin tanınmış nümayəndələri, məşqçilər, hakimlər, idmançılar və azarkeşlər iştirak ediblər.

Qeyd edək ki, komanda hesabında "Qaraqaplan" İdman Klubu birinci, "Arpaçay" Karate Klubu ikinci, FHN - "Budokan" İdman Klubu isə üçüncü yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30