1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

Velosiped idmanının inkişafı məqsədilə təlim kurslarının açılışı olub

Respublika Velotrekində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF), Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, layihə çərçivəsində bölgələrdə velosiped idmanının inkişafı istiqamətində fəaliyyət göstərəcək məşqçilər üçün xüsusi təlim kurslarının açılışı baş tutub.

Təlimlərin əsas məqsədi regionlarda velosiped idmanının populyarlaşdırılması, gənclərin bu sahəyə cəlb olunması və ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq.

Layihənin təşkilatçıları hesab edirlər ki, bu cür kurslar bölgələrdə idmanın inkişafına yeni təkan verəcək, həmçinin ölkədə peşəkar velosipedçilərin yetişdirilməsinə mühüm töhfə olacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu layihənin velosiped idmanının gələcəyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Bu təlimlərin əsas məqsədi regionlarda idmanın inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait yaratmaqdır. Azərbaycanda hər zaman velosiped idmanına maraq olub və sevilib. Bu, həm fiziki sağlamlığın qorunması, həm də gənclərin asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, kurslarda iştirak edən məşqçilər gələcəkdə yüzlərlə gəncin idmana cəlb olunmasında, yeni istedadların üzə çıxarılmasında mühüm rol oynayacaqlar".

S.Ələkbərov, həmçinin bildirib ki, federasiya regionlarda velosiped idmanının inkişafını daim diqqət mərkəzində saxlayır və belə layihələr davamlı xarakter daşıyacaq.

Elm və Təhsil nazirinin müavini Həsən Həsəni də çıxışında velosiped idmanının gənclərin həyatında mühüm rol oynadığını söyləyib: "Velosiped idmanı yalnız yarışlarda uğur qazanmaq üçün deyil, eyni zamanda sağlam həyat tərzinin təbliği baxımından da əhəmiyyətlidir. Məktəblilər və gənclər arasında bu idman növünün inkişaf etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək. Bu gün açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə bölgələrin tanınmasına da müsbət təsir göstərəcək".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov velosiped idmanının inkişafı və yeni başlayan məşqçilərin hazırlanmasının əhəmiyyətinə toxunub. O, bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib. Onun sözlərinə görə, təlimlərdə iştirak edəcək şəxslər üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, 10 rayondan məşqçilərin iştirakı ilə 12 gün davam edəcək kurslar Respublika Velotrekində təşkil olunacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31