1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

Azərbaycan karateçiləri “Marmara Cup”da birinci yeri tutublar

Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında birinci yeri tutublar.

Futbolxeber.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) idmançılardan Fərid Savadov (60 kq), Rəşid Süleymanov (75 kq), Nuran Rzazadə (67 kq), Asiman Qurbanlı (+84 kq) qızıl, Mədinə Sadıqova (55 kq), Fariz Şahbazov (60 kq) və Hüseyn Məmmədli (67 kq) gümüş, Fatimə Cəbrayılova (50 kq), Nəzrin Piriyeva (55 kq), Turqut Həsənov (84 kq), Fərid Şahbazlı (84 kq) və Vahid Həsənov (+84 kq) bürünc medal qazanıb.

Milli turnirdə AKF-nin baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında çıxış edib. Karateçilər MDB Oyunlarına hazırlıq məqsədilə təlim-məşqlərə də start veriblər. Yığmanın bu turnirdə iştirakı və MDB Oyunları öncəsi hazırlığı Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında baş tutub.

Qeyd edək ki, beynəlxalq turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi qüvvəsini sınayıb.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31