1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Digər idman növləri

Ruzanna Məmmədova: “Əsas hədəfim Olimpiya Oyunlarıdır”

“Asiya ölkələrinin təmsilçiləri də dünya çempionatında iştirak etdikləri üçün yarış çətin keçdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatında gümüş medal qazanmış Azərbaycan idmançısı Ruzanna Məmmədova (62 kiloqram) deyib.

O, güclü rəqiblərə qalib gələrək finala yüksəldiyini bildirib: “Finalda ilk hissədə hər şey yaxşı idi. 6:0 öndə idim. İkinci hissədə çox yoruldum. Dözümlülüyüm çatmadı deyə son xal prinsipinə əsasən məğlub oldum. Düzdür, nəticə məni qane etmir. Oraya qızıl medal üçün getmişdim. Amma buna da şükür. İnşallah, gələn il “qızıl”la qayıdacağam. Əsas hədəf olimpiadadır. Ümid edirəm ki, Olimpiya Oyunlarına lisenziya qazanıb, ölkəmi layiqincə təmsil edərəm. Sadəcə, bu yarışlar məni oraya aparan yoldur. İnanıram ki, U-23 dünya çempionatında da istədiyim kimi mübarizə apararam”.

Qeyd edək ki, digər qadın güləşçi Günay Qurbanova isə dünya çempionatında bürünc medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31