29 Iyun 2026, Bazar ertəsi
"İmişli" Kaşkilya ilə vidalaşdı
DÇ-2026: 1/16 finalın bütün cütləri
"Qarabağ"dan böyükhesablı qələbə
Bir təyinata sözardı - QEYD

Digər idman növləri

Bakıdakı UFC-də əsas döyüşün qalibi Halil Rountri oldu

Bu gün Bakıda ilk dəfə olaraq UFC (Ultimate Fighting Championship) turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarış Bakı Kristal Zalında (Baku Crystal Hall) təşkil olunub.

İlkin döyüşlərdə Klaudiya Siqula (Polşa), Sok Hyön Ko (Cənubi Koreya), Muhammad Usman (Nigeriya), Darya Jeleznyakova (Rusiya), Pak Çun Yon (Cənubi Koreya) və Taqir Ulanbekov (Rusiya) qələbə qazanıblar.

Əsas görüşlərdə Azərbaycan təmsilçilərindən Nazim Sadıxov Nikolas Mottaya (Braziliya) nokautla qalib gəlib. Tofiq Musayev Mıktıbek Orolbaiyə (Qırğızıstan) uduzub. Rafael Fiziyev isə İqnasio Bahamondesdən (Çili) üstün olub.

Həmçinin Məhəmməd Nayimov (Tacikistan) və Körtis Bleyds (ABŞ) də öz döyüşlərində qələbə qazanıblar.

Bakıdakı əsas qarşılaşmada - yarım ağır çəkidəki görüşdə ABŞ təmsilçiləri Camahal Hill (Jamahal Hill) və Halil Rauntri (Khalil Rountree) üz-üzə gəlib. Duel 5 raund davam edib. Halil Rountri bu döyüşün qalibi olub.

Qeyd edək ki, “UFC Fight Night”da reytinq və gələcək titul namizədlərini müəyyənləşdirən döyüşlər olur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30