2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan 15 yaşa qədər kiçik yaşlı yeniyetmə qızlar və oğlanlar arasında region birinciliyi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yanvarın 18-dən 19-dək keçiriləcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.

Birincilikdə qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31