1 Iyul 2026, Çərşənbə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı
Almaniya DÇ-2026 ilə vidalaşdı

Digər idman növləri

İBA Çempionlar Liqasında 4 boksçumuzun hər biri qələbə qazanıb

Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında dünyanın ən güclü boksçularının iştirakı ilə təşkil olunan yarış “Natiq” ritm qrupunun çıxışı ilə başlayıb.

 
Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. 6 raundluq döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb.
 
Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionumuz Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktinə yazıb.
 
Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.
 
Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində 4-cü qələbəmizi rəsmiləşdirib.
 
Gecənin əsas döyüşü isə Vsevolod Şumokovun (57 kq) qalibiyyəti ilə başa çatıb. Rusiyalı boksçu 10 raundluq görüşdə özbəkistanlı Mirazizbek Mirzaxalilovu məğlub etməklə İBA dünya çempionu tituluna yiyələnib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31