30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.
 
Futbolxeber.az saytına AVF-dən verilən məlumata görə Bakı Su İdmanı Sarayında təşkil olunan turnirdə müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası iştirak edib.
 
Qadınlar arasında Yeganə Feyzullayeva və İlahə Qüdrətova (AZAL) birinci olublar. Ləman Qabilli və Günel Xanlarova (Dövlət Gömrük Komitəsi) ikinci, Aytən Hüseynəliyeva və Səmiyə Babayeva (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) üçüncü yeri tutublar.
 
Kişilər arasında Pərviz Səmədov və Tərxan Cəbrayılov (Fövqəladə Hallar Nazirliyi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elməddin Dadaşov və Elçin Orucov (SOCAR-1) ikinci, Namiq Hüseynov və Sahil Cəfərov (SOCAR-2) isə üçüncü pillədə qərarlaşıblar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31