9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Digər idman növləri

Azərbaycan boksçusu 1/4 finalda

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 final çərçicəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.
 
Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib. Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yapondan revanş da alıb.
 
Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. O, mayın 31-də 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.
 
Qeyd edək ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31