29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Digər idman növləri

Dünya çempionumuz: "Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir"

"Növbəti hədəfim “Paris-2024” Yay Olimpiya Oyunlarıdır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan para-atleti Səid Nəcəfzadə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
 
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə dünya çempionu adını qazanan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Yarış mənim üçün çox yaxşı keçdi. Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq əla hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir".
 
Qeyd edək ki, bu, 25 yaşlı idmançının mundiallarda ilk qızıl medalıdır. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilmiş dünya çempionatında bürünc mükafat qazanıb. O, həmçinin Tokio Paralimpiadasında 3-cü yeri tutub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30