15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olunub

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəhbərliyi bu il yaranmasının 100-cü ildönümünü qeyd edən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) yubiley konqresində iştirak edib.
 
Futbolxeber.az saytına qurumun mətbuat xidmətindən verilən məlumata görə, İspaniyanın Barselona şəhərində təşkil olunmuş tədbirə AİJA-nın təsisçisi və prezidenti Eldar İsmayılov, 1-ci vitse-prezidenti, beynəlxalq qurumun Avropa bölməsi üzrə İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə qatılıblar.
 
Konqres maraqlı çıxışlar, təqdimetmələr, panel müzakirələr və görüşlərlə yadda qalıb.
 
Tədbir çərçivəsində AIPS qitə birliklərinin illik toplantıları da baş tutub. İdman Mətbuatı üzrə Avropa İttifaqı (AIPS Europe) Baş Assambleyasında Nərgiz Mahmudzadənin illik hesabatı alqışlarla qarşılanıb.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31