25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Digər idman növləri

Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.
 
Futbolxeber.az saytının federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.
 
AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.
 
Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31