25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Digər idman növləri

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
 
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 74 komandanın 408 boksçusu qatılıb. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici ötən il 66 komandadan 326 idmançı olub.
 
Döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
 
Ardınca Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Olimpiya ili çərçivəsində ilk yerli yarışdır və Paris-2024 Yay Olimpiya Oyunlarında boksçularımıza böyük ümidlər bəslənilir: “Bu gün yeniyetmələr arasında Azərbaycan birinciliyində yeni rekord vurulub. Bu, çox sevindiricidir. Yarışların ədalətli keçirilməsi, regionlarda da infrastrukturun qurulmasının nəticələrini artıq görürük. Bundan sonra da həm Bakıda, həm də bölgələrdə boksun daha da inkişafı və kütləviləşməsi üçün ciddi addımlar atılacaq”.
 
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev və birinciliyin supervayzeri Sergey Keman (Belarus) komandalara uğur arzulayıblar.
 
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
 
Qeyd edək ki, birincilikdə qaliblərin adına yanvarın 14-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
 
Yarışın baş hakimi Anar Babanlıdır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31