25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Digər idman növləri

Azərbaycan birinciliyinin zona yarışı başa çatıb

Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışın qalibi Cəlilabad kollektivi olub.

Adı çəkilən komanda finalda Lənkəran təmsilçilərinə 13:4 hesabı ilə qalib gəlib. Masallı həndbolçularını üstələyən Lerik üçüncü yeri tutub. 5-ci yer uğrunda matçda isə Astara Yardımlıdan güclü olub.

Reqlamentə əsasən, Cəlilabad və Lənkəran komandaları iyunda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak hüququ qazanıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31