14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Digər idman növləri

Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib

Futzal çemppionatında cari mövsümün son matçı - “Araz-Naxçıvan” - “Neftçi” İK oyunu başa çatdıqdan sonra Yüksək Liqanın 2022-2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə final oyununun hakimləri - Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib. 
 
“Baku Fire"in hücumçusu Oktay Rüstəmli (36 qol) çempionatın bombardiri olub. “Araz-Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib. 
 
“Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz-Naxçıvan”a isə Yüksək Liqanın 2022-2023-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz-Naxçıvan”a çempionluq kuboku təqdim olunub. 
 
Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31