25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Digər idman növləri

Nazilə İsmayılova İslam Oyunlarının bürünc medalını qazandı

Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında bu gün ağır atletika üzrə yarışlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər - 3 qadın və 7 kişi idmançı çıxacaq. 

Onlardan ilk olaraq Nazilə İsmayılova mübarizəyə qoşulub. İdmançımız 45 kq çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 54 kq çəkini ram edərək bu hərəkətdə bürünc medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O, 67 kq çəkini qaldıraraq bu hərəkətdə də bürünc medal əldə edib.

Toplam 121 kq-ı (54+67) başı üzərinə qaldıra bilən Nazilə İsmayılova yekun sıralamada da V İslam Oyunlarının bürünc medalını qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31