27 Oktyabr 2026, Çərşənbə axşamı
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Digər idman növləri

Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.
 
"Red Bull" pilotu Serxio Peres ikinci, "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.
 
Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31