26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Digər idman növləri

Rafiq Hüseynov: "Olimpiadada daha yaxşı çıxış edəcəyəm"

"Çətin qələbə oldu. Çünki rəqibim tanınmış güləşçi, dünya və Avropa çempionu idi".

Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində serbiyalı Viktor Nemesə qalib gələrək finala vəsiqə qazanması barədə danışarkən deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandığı üçün sevincli olduğunu bildirib: "Bu, mənim ilk olimpiadam olacaq. Düşünürəm ki, orada hər şey daha uğurlu alınacaq. Çünki 2014-cü ildən sonra bu çəki dərəcəsində ilk yarışımdır".

Hüseynovun sözlərinə görə, təsnifat turniri üçün 12 kq çəki atıb: "Olimpiadada daha yaxşı çıxış edəcəyəm. 2020-ci ilin martında çox güclü idim. Amma sonra koronavirus pandemiyası başladı və biz gözləməli olduq. Yarışa 87 kq çəki dərəcəsində getmək istəyirdim. Amma bu kateqoriyada güclü güləşçilərimiz var. Buna görə də 77 kq-a düşməyə qərar verdim".

Qeyd edək ki, Rafiq Hüseynovun bu gün keçiriləcək finaldakı rəqibi Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyan olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31