8 Fevral 2026, Bazar günü
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Digər idman növləri

Teymur Rəcəbov finalda

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gəlib.

Rəcəbov bu mərhələdə rusiyalı rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Şahmatçımız Rusiya təmsilçisini ilk qarşılaşmada 3:1 hesabla məğlub edib.

Həlledici mərhələdə Rəcəbovun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Qeyd edək ki, yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28