26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Digər idman növləri

İki boksçumuz dünya çempionatında 1/4 finala yüksəldi

Rusiyanın Yekaterinburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin bu mərhələyə kimi irəliləyən 4 üzvündən ikisi qələbə qazanıb.

Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) avstriyalı Umar Cambekova 4:1 hesabı ilə qalib gələrək 1/4 finada yüksəlib. O, bu mərhələdə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşacaq.

+91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə misirli Yosri Rezk Mustafanı 3:2 hesabı ilə üstələyib. O, 1/4 finalda avstraliyalı Justis Huni ilə üz-üzə gələcək.

Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) isə 1/8 finalda məğlub olublar.

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri bu gün keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31