Digər idman növləri
“Azərbaycanda qalsaydım, Olimpiya çempionu olmayacaqdım”
Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov “Qafqazinfo”ya müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Azərbaycandan imtina edib getməyinizin səbəbi nə idi?
- Komandaya yeni məşqçi gətirdilər. O, bolqarıstanlı idi. Sözümüz heç düz gəlmirdi. Demək olar ki, hər gün dava edirdik. 2012-cu ildən komanda Zlatan Vanevə tapşırıldı. Onlar da başladılar komandalara öz adamlarını doldurmağa. Məşqçi heyətini başa düşdük, amma bunlar bolqar idmançıları da yığmamıza daşımağa start verdilər. Bizi sıxışdırmağa çalışırdılar. Bir sözlə, komandada xaos var idi, intizamsızlıq baş alıb gedirdi. Ürəyi necə istəyirdi, hamı ilə elə də davranırdı. Məşq planı yanlış idi. Özü necə düşünürdü, elə də edirdi. Sonra birdən-birə mənə dedilər ki, səni 2-3 aylıq cərimələyəcəyik. Evə göndərəcəyik, məşqlərdən kənarda qalacaqsan. Düşündüm ki, vəziyyət getdikcə qəlizləşir və başqa ölkəyə yollanmağa qərar verdim. AZAL klubunun prezidenti, AZAL şirkətinin rəhbəri Cahangir Əsgərovun əmisi oğlu İsgəndər Əsgərovun yanına getdim. Ona bildirdim ki, mən Azərbaycan yığmasını tərk edirəm. Dedi ki, “getmək istəyirsən, get”. Mən də Qazaxıstana yollandım.
- Qazaxıstan millisində çıxış etmək üçün özünüz müraciət etdiniz?
- Bəli. Üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun, Xəlil Mutlunun müəlliminin yanına getdim və dedim ki, “mən bu komandada yarışmaq fikrindəyəm”. Razılaşdı və orada məşqlərə başladım.

- Bəs, hansı uğurlarınıza görə sizə orada şans verdilər?
- 2009-cu ildə yeniyetmələrin Avropa çempionu olmuşdum, 2010-cu ildə Yeniyetmələr Olimpiadasının qalibi adını qazanmışdım. Məncə, bunlar kifayət qədər yaxşı nəticələr idi. Gənclər arasında dünya ikinci olmuşdum.
- Azərbaycanı niyə tərk etdiyinizi soruşdularmı?
- Əlbəttə, soruşdular. Hər şeyi danışdım. Sonra sınadılar. Uğurlar bir yana, atletikada texnika da vacib amildir. Məşqçi bunu məndə gördü və dedi ki, “sən Olimpiya çempionu ola bilərsən”. Hətta bu barədə video var. Müəllim mənə söz verir.
- Rio-2016-da Olimpiya çempionu olanda heç düşündünüzmü ki, kaş öz ölkəmin adına bu medalı qazana idim?
- Mən Azərbaycanda qalsaydım, Olimpiya çempionu olmayacaqdım. Bu, dəqiqdir. Çünki bizim ölkədə elə bir məktəb yoxdur. O səviyyədə müəllimlər də yoxdur ki, Olimpiya çempionu hazırlasınlar. Şərait baxımından da çox zəifdir. Ona görə də bu günə qədər ağır atletikada Azərbaycandan Olimpiya çempionu çıxmayıb, bundan sonra da olan deyil (gülür).
- Braziliyada qızıl medal qazandıqdan sonra Azərbaycandan sizə hansı rəsmi şəxslər zəng etdi?
- Olimpiadadan sonra çox zənglər gəldi. Ən çox da bilirsiz niyə? Deyirdilər ki, gəl, öz ölkənin adından çıxış et. Artıq mənim qayğıma qalmağa başlamışdılar.
- Bir neçə ay öncə atanız açıqlama vermişdi ki, “Nicat Azərbaycan millisinə qayıda bilər”...
Suala Nicatın atası Əli Rəhimov cavab verir: “Bilirsiz, o vaxt Nicata mane olmaq istəyirdilər. Ona görə də aranı sakitləşdirmək lazım idi. Fikrini başqa yerlərə yönəltməsin deyə elə bir açıqlama vermişdim”.
- Sizi Azərbaycan Ağır Atletika millisinə nə qaytara bilər?
- Heç nə. İndi 1 milyon dollar versələr də, bura qayıtmaram. Problem təkcə məşqçilərlə bağlı deyil. Federasiyada da xeyli problem var. Sizə bir şey deyim. Bu dəqiqə ağır atletlər təlim-məşq toplanışı görmürlər. Onlar normal məşq keçmirlər. Sonra da biz burdan Olimpiya çempionları gözləyirik. Maaşlar vaxtında verilmir. Məqsədlərini belə bilmirlər.
- Bakıya qayıdanda sizi görən keçmiş komanda yoldaşlarınız nə dedi?
- Heç biri səhv etdiyimi demədi. Hamısı etdiyimi alqışladı. Təsəvvür edin ki, hamısı mənə deyir ki, “yaxşı etmisən ki, buradan getmisən”.
- 4 il sonra Bakıya qayıtmağınızın səbəbi nədir?
- 2016-cı il Olimpiadasından sonra 2017-də dünya çempionatı olmalı idi. Amma 9 ölkəni bu yarışdan 1 illik uzaqlaşdırdılar. Onların içində Qazaxıstan da var idi. Bu səbəbdən arada boşluq yarandı, fürsətdən istifadə edib Azərbaycana qayıtdım. Həm də ölkəm üçün çox darıxmışdım. Buradan gedəndə əsəbi idim. Heç qayıtmaq istəmirdim. Amma sonradan gördüm ki, Azərbaycan üçün darıxıram. Gəlib doğmalarımı, doğma torpaqlarımı görmək istədim. Vaxtım az olsa da, gəzirəm.
- Azərbaycanlı yüngül atlet Ramil Quliyev də sizinlə eyni taleyi yaşadı. O da başqa ölkənin – Türkiyənin bayrağı altında tarixə düşdü. Londonda keçirilən Dünya Atletika çempionatında qızıl medal qazandı...
- Ramillə çox yaxın olmasa da, tanışıq. Biz Türkiyədə eyni yerdə təlim-məşq toplanışında olmuşuq. Bilirsiniz, bu gün Azərbaycanda yüksək nəticə verə biləcək xeyli idmançı var. Hansı ki, onların potensialı yüksək səviyyədədir. Özlərini çox yaxşı göstərə bilərlər. Lakin onlara imkan vermirlər. “Yuxarıdan” onlara mane olurlar.
- Buna kimlər icazə vermir? Öz adamlarını irəli aparırlar?
- Federasiyalar, müəllimlər. Dərd orasıdır ki, irəli aparmağa adam yoxdur. Heç kimi aparmırlar. Problem təkcə atletikada deyil. Bütün idman növlərindədir. Araşdırsanız görəcəksiniz ki, çox idman növlərində maaş almırlar, mükafatlar almırlar. Bu səbəbdən də onlar da üz tutur başqa ölkəyə. Gedir orada medal qazanır. Sonra da dalınca düşürlər ki, gətirsinlər Azərbaycana.
- Bakıya qayıdandan sonra AZAL klubunun prezidenti İsgəndər Əsgərovla üz-üzə gəlmisiniz?
- Yox. Ümumiyyətlə, o, mənimlə görüşmək istəməz. Çünki utanacaq görüşməyə.
- Burada sizinlə kimsə görüşdü?

- Təkcə, Tofiq Heydərov görüşdü. Ona “sağ ol” demək lazımdır ki, əlindən gəldiyi qədər atletikaya kömək edir.
- Bir az oradakı həyatınızdan danışaq. Kimlərlə dostluq edirsiz?
- İdmançının ətrafı adətən öz komanda yoldaşları olur. Mən də elə idmançı dostlarımla otururam, günüm onlarla keçir. Məşqdə oluruq və ya bəzən xizək sürürük, çay içirik.
- Yeni dostlar qazanmaq çətin deyil ki?
- Yox, mənim üçün heç bir çətinlik yoxdur.
- Ailənizə orada yaşamaq problem olmur?
- Yox, mənim üçün problem olmayan yerdə onlara da çətinlik yoxdur. İndi fürsətdən istifadə edib ailəvi şəkildə Azərbaycana gəlmişik. Bir yaşlı oğlumu da buraya gətirmişəm.
- Qazaxıstanda küçədə sizi tanıyırlar?
- Əlbəttə. Yaxınlaşıb soruşurlar ki, siz Nicat Rəhimovsunuz? Siz bizim Olimpiya çempionumuzsunuz? Çox zaman “yox” cavabı verirəm. Bacardığım qədər özümü gizlədirəm. Amma insanların çoxu soruşmadan da tanıyırlar. Çünki idmana diqqət və maraq var. Hamı sənin kim olduğunu bilir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Qərəz, yoxsa antipatiya? - YAZI
- Hidayət bürünc medal qazandı
- “Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
- “Neftçi”nin hücumçusu mükafatlandırıldı
- Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
- Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
18:37
Daha bir çüdoçumuz medal qazandı
-
18:00
9 ildən sonra "Mançester Siti"dən gedir
-
17:12
Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazandı
-
16:58
Millimizin üzvləri azarkeşlərlə görüşdülər
-
16:23
Azərbaycan - Andorra oyununun hakimləri müəyyənləşdi
-
16:05
"Gəncə" "Ordu"ya qalib gəldi
-
15:49
Paraqvaylı futbolçu 42 yaşında karyerasını bitirdi
-
15:11
Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir
-
14:36
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək
-
13:54
"Real"ın tarixində ilk yaşandı
-
13:27
XXVIII turun hakim təyinatları
-
13:00
Londonda qolsuz heç-heçə VİDEO
-
12:38
Mbappe Çempionlar Liqasının tarixinə düşdü
-
12:12
"Sumqayıt" hazırlıqlarını davam etdirir VİDEO
-
11:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:25
Davin Cəfərov Portuqaliyada turnirin qalibi olub
-
11:09
Həftənin ən yaxşısı adına namizədlər açıqlandı
-
10:56
Nəriman 90 dəqiqə meydanda oldu, komandası mərhələ adladı
-
10:31
"Bavariya" - "Real" matçında 7 qol VİDEO
-
10:14
“Sumqayıt” - “Qəbələ” oyunun biletləri satışda
-
09:47
ÇL: 1/2 finalın cədvəli açıqlandı
-
20:23
Kukseviç: "Oyunumuzdan razı qaldım"
-
20:00
Millimiz yenə qazaxlara uduzdu
-
19:12
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
18:34
“Neftçi” böyük sıçrayış edib, halbuki qışda hamı mövsümün boşa getdiyini deyirdi”
-
17:59
I Liqada 22-ci tura start verilib
-
17:49
Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb
-
17:08
Azərbaycan II Liqasında fantastik qol VİDEO
-
16:25
I Liqada XXV turun oyun cədvəli
-
15:17
Azərbaycan milliləri “Zəfər Kuboku”nda ikinci oldu
-
14:31
Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında final oyunlarının tarixləri açıqlanıb
-
14:00
Futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırıldı
-
13:42
Hacı Əliyev mayor rütbəsi aldı
-
13:26
II Liqada altılıq sisteminin təqvimi açıqlandı
-
12:54
AFFA "Qarabağ"ı cərimələdi
-
12:19
Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyə yüksəldi
-
11:38
“Kurban Berdıyev “Turan Tovuz”da böyük işlər görüb”
-
10:47
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
Siyasət Əsgərov: “Qızlar rəqibi topsuz saxladılar”
-
09:55
"Liverpul" öz meydanında da PSJ-yə uduzdu VİDEO
-
01:00
ÇL: PSJ və "Atletiko" yarımfinalda
-
00:32
Cüdo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
-
22:53
Yığmamız Andorraya qalib gəldi
-
22:28
Basketbol Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub
-
21:45
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə VİDEO
-
20:09
20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
-
19:16
Avropa çempionatına qatılacaq güləş millilərimizin heyəti müəyyənləşib
-
18:52
“Turan Tovuz”un kapitanı: “Berdıyevin öz duruşu var, ondan çox şey öyrənirik”
-
18:24
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib FOTOLENT
-
18:00
Millimizdən biabırçı məğlubiyyət
16.04.2026
15.04.2026
14.04.2026























