2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Ayxan Mamayev karateçilərimizin aktivinə beşinci qızıl medalı yazdırıb

Mayın 14-də Azərbaycan karateçiləri “Bakı-2017”də beşinci qızıl medalı aktivlərinə yazıblar. Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin 21-ci qızıl medalı olub.

Futbolxeber.az saytının məlumatına görə, karatenin kumite yarışlarında -84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Təmsilçimiz səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

A.Mamayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında qalib gəlib. İdmançımız Avropa çempionatının ikiqat gümüş medalçısı və dünya çempionatının bürünc medalçısı olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31